Microsoft Windows 10-a dəstək müddətini uzadıb
Microsoft şirkəti Windows 10 əməliyyat sisteminə dəstək müddətini 12 oktyabr 2027-ci il tarixinədək uzadıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Windows Latest portalı məlumat yayıb.
Qeyd edək ki, əvvəllər Windows 10 üçün rəsmi dəstəyin 2025-ci ilin oktyabrında başa çatacağı bildirilirdi. Yeni qərarla istifadəçilər daha iki il ərzində təhlükəsizlik yeniləmələri və texniki dəstək almağa davam edəcəklər.
13:56 26.06.2026
Oxunuş sayı: 54