ABŞ qərarından sonra Çin İranla bağlı addım atır
Çinin dövlətə məxsus neft şirkətləri Sinopec və PetroChina 2019-cu ildən bəri ilk dəfə İran neftinin rəsmi idxalını bərpa etməyi nəzərdən keçirirlər.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, şirkətlər İrandan neft tədarükünün bərpası üçün bank, sığorta və logistika imkanlarını araşdırırlar. Bu maraq ABŞ-nin İranla bağlı memorandumundan sonra xarici alıcılara İran nefti və neft-kimya məhsullarını dollarla almağa icazə verməsi fonunda yaranıb.
Bununla belə, "Reuters" qeyd edir ki, Çin dövlət şirkətlərinin İran bazarına qayıdışı məhdud ola bilər. Buna səbəb ölkədə yanacağa tələbatın zəif qalması, maliyyələşdirmə və yük sığortası ilə bağlı çətinliklər, həmçinin İranın kifayət qədər dəniz nəqliyyatı təmin edib-edə bilməyəcəyi ilə bağlı qeyri-müəyyənlik göstərilir.
13:36 26.06.2026
Oxunuş sayı: 50