Rusiya Ukrayna üzrə vasitəçilik təşəbbüslərinə yaşıl işıq yandırdı
Kreml sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması prosesinə və vasitəçilik təşəbbüslərinə açıqdır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Peskov bu barədə TASS-ın sualını cavablandırarkən danışıb. O vurğulayıb ki, Moskva münaqişənin diplomatik yolla həllinə yönəlmiş səyləri dəstəkləyir.
Kreml sözçüsü həmçinin qeyd edib ki, Rusiya vasitəçilik xidmətlərinin göstərilməsi ilə bağlı təşəbbüsləri nəzərdən keçirməyə hazırdır.
14:23 26.06.2026
Oxunuş sayı: 44