ABŞ–İran razılaşması ilk nəticəsini verdi: Neft axını bərpa olunur
Fars körfəzindən neft ixracı ABŞ və İran arasında əldə olunan müvəqqəti razılaşmadan sonra müharibədən əvvəlki səviyyənin təxminən 75%-nə qədər bərpa olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Bloomberg yazıb. Məlumata görə, iyunun 24-dək olan üç gün ərzində regiondan gündəlik təxminən 13 milyon barel neft ixrac edilib.
Nəşr qeyd edir ki, artım əsasən yeni tədarüklərin bərpası ilə deyil, blokada və marşrutların bağlanması dövründə tankerlərdə yığılıb qalan neftin daşınması hesabına baş verib.
Bildirilib ki, aylarla davam edən fasilədən sonra 13-ə yaxın tanker ümumilikdə 23 milyon barel neftlə Çabahar bölgəsini tərk edib.
13:23 26.06.2026
Oxunuş sayı: 60