Lavrov ABŞ-dən Ukrayna məsələsində aydın mövqe tələb etdi
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubionun Alyaskada hər hansı razılaşmanın əldə olunmadığı barədə bəyanatının suallar doğurduğunu bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Lavrov ABŞ-in Ukrayna münaqişəsinin nizamlanmasındakı rolu ilə bağlı vəziyyətə aydınlıq gətirilməsinin vacibliyini vurğulayıb.
Nazir qeyd edib ki, Vaşinqtonun mövqeyi ilə bağlı səsləndirilən ziddiyyətli açıqlamalar əlavə izaha ehtiyac yaradır və bu məsələdə dəqiqlik olmalıdır.
14:32 26.06.2026
Oxunuş sayı: 47