Podolyak: Putin hər səhər müharibəyə yeni başladığını düşünür
Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak Rusiya Prezidenti Vladimir Putini sərt tənqid edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici mənbə yazıb.
Podolyak istehzalı şəkildə bildirib ki, Putin sanki hər səhər oyananda qarşısındakı kağızda "Mən müharibəni çox uğurla aparıram. Müharibəyə üç gün əvvəl başlamışam" yazısını oxuyur.
O, bu sözlərlə Rusiyanın Ukraynaya qarşı başladığı müharibə ilə bağlı Kremlin qiymətləndirmələrini tənqid edib.
12:40 26.06.2026
Oxunuş sayı: 48