Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdirilir
26 İyun – Silahlı Qüvvələr Günü ilə əlaqədar Bakı metrosunda qatarların hərəkət qrafikində dəyişiklik ediləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilib ki, bayram günü sərnişin axınının tənzimlənməsi məqsədilə “28 May-Əhmədli” sahəsində və əks istiqamətdə pik saatlarda qatarlararası interval 2 dəqiqə 30 saniyə təşkil edəcək.
Qurumdan qeyd olunub ki, zərurət yaranacağı təqdirdə ehtiyat qatarlar da xəttə buraxılacaq. Stansiyalarda ümumi nəzarətin təmin edilməsi üçün növbətçilik cədvəlinə uyğun əlavə işçi qüvvəsi ayrılıb.
Məlumata görə, qatarlar “Bakmil” stansiyasına və əks istiqamətdə şənbə günü qrafiki ilə hərəkət edəcək. Bənövşəyi xətdə, eləcə də “Əhmədli-Həzi Aslanov” mənzilində isə qatarların hərəkəti şənbə-bazar günləri üçün nəzərdə tutulmuş qrafik əsasında təşkil olunacaq.
12:53 25.06.2026
Oxunuş sayı: 62