İsrail hökuməti qondarma "erməni soyqırımı"nı tanıya bilər
İsrailin xarici işlər naziri Gideon Saarın hökumətin növbəti iclasında 1915-ci il hadisələrinin qondarma "erməni soyqırımı" kimi rəsmi tanınmasını nəzərdə tutan qətnamə layihəsini təqdim etməyi planlaşdırdığı bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, layihədə Ermənistan tərəfinin 1915-ci il hadisələri ilə bağlı iddialarının rəsmi şəkildə tanınması təklif olunur.
Xatırladaq ki, daha əvvəl İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin bu hadisələri "erməni soyqırımı" kimi qəbul etdiyini bildirmişdi.
08:41 26.06.2026
Oxunuş sayı: 52