Netanyahu: İranın nüvə silahı olmayacaq
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İranın nüvə silahına sahib olmasına heç bir halda imkan verilməyəcək.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Benyamin Netanyahu özünün X hesabında yayımladığı açıqlamada vurğulayıb ki, o, İsrailin baş naziri olduğu müddətcə İranın nüvə silahı olmayacaq.
O, həmçinin ABŞ prezidenti Donald Trampın da bu məsələdə onun mövqeyi ilə tam həmrəy olduğunu bildirib.
Benyamin Netanyahu qeyd edib ki, o, 30 ildən artıqdır İranın nüvə proqramına qarşı beynəlxalq mübarizənin ön sıralarında yer alır və bu prosesin davam edəcəyini vurğulayıb.
17:33 12.06.2026
Oxunuş sayı: 62