Ermənistanın iqtisadiyyat naziri Moskvaya səfər edəcək
Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan Ermənistan mallarının Rusiyaya ixracı ilə bağlı danışıqlar aparmaq məqsədilə yaxın aylarda Moskvaya səfər etməyi planlaşdırdığını açıqlayıb.
Crossmedia.az Ermənistan mediasına istinadən xəbər verir ki, nazir bu barədə parlamentdə çıxışı zamanı məlumat verib.
Papoyanın sözlərinə görə, iyun və iyul aylarında Rusiyaya bir və ya iki səfər nəzərdə tutulur. O bildirib ki, səfərlər çərçivəsində müxtəlif tədbirlərdə iştirak edəcək və Ermənistan məhsullarının Rusiya bazarına ixracı ilə bağlı məsələləri müzakirə edəcək.
Qeyd edək ki, Rusiya 22 may 2026-cı il tarixindən etibarən Ermənistanın bəzi kənd təsərrüfatı məhsullarının idxalına mərhələli şəkildə məhdudiyyətlər tətbiq edəcəyini açıqlayıb. Bu fonda Moskva ilə aparılacaq danışıqların Ermənistan üçün xüsusi əhəmiyyət daşıdığı bildirilir.
17:38 12.06.2026
Oxunuş sayı: 55