Türkiyə və Misir birgə hava təlimlərinə başladı
Misir və Türkiyə birgə hava təlimlərinə başlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Təlimlər Misir hava bazalarında keçirilir və iki ölkənin hava qüvvələri arasında əməkdaşlığın gücləndirilməsini hədəfləyir.
Məlumata görə, təlimlər həm nəzəri, həm də praktiki mərhələləri əhatə edir. Nəzəri hissədə döyüş konsepsiyalarının uyğunlaşdırılması və təlim təcrübələrinin mübadiləsi aparılır.
Praktiki mərhələdə isə birgə uçuşlar həyata keçirilir və əsas diqqət birgə əməliyyat missiyalarının icrasına yönəldilib.
16:10 12.06.2026
Oxunuş sayı: 63