"Herri Potter və Fəlsəfə Daşı"nın ilk nəşri 23.000 dollara satılıb
"Herri Potter və Fəlsəfə Daşı"nın ilk nəşri İngiltərədə hərracda 23.000 dollara satılıb. 1997-ci ildə isə 13 dollara satışa çıxarılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Mirror" qəzeti məlumat yayıb.
Rəyçi Katrina Maknikol kitabı 30 il əvvəl işlənmiş kitab mağazasından alıb, lakin heç vaxt oxumağa vaxt tapmayıb. Nəticədə, nüsxə təmiz vəziyyətdə qalıb və Hansons hərrac evi onu son dərəcə nadir adlandırıb.
22:10 25.05.2026
Oxunuş sayı: 50