Daşkənd Tibb Universitetinin nümayəndəsi "Ingla İnternational ETC" -nin uğurlarından danışıb
Bakıda Özbəkistan universitetlərinin III Təhsil Sərgisi keçirilib. Tədbir “Ingla International ETC”, Özbəkistan Ali Təhsil Nazirliyi, Özbəkistanın Azərbaycandakı səfirliyi və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının dəstəyi ilə təşkil olunub. Sərgidə Özbəkistanın müxtəlif ali təhsil müəssisələri iştirak edib, tələbələrə təhsil imkanları, ixtisas seçimləri və qəbul şərtləri barədə ətraflı məlumat verilib. Qeyd etmək lazımdır ki, tədbirin əsas məqsədi Azərbaycan və Özbəkistan arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi və gənclərin beynəlxalq təhsil imkanları ilə tanış edilməsidir.
Crossmedia.az-a ötən gün keçirilən sərgi ilə bağlı təəssüratlarını bölüşən Daşkənd Dövlət Tibb Universitetinin Beynəlxalq fakültəsinin dekanı Cahangir Tursunov belə beynəlxalq formatlı təhsil sərgisinin təşkilinə görə dərin minnətdarlığını bildirib: "Burada gördük ki, Azərbaycan gəncləri xaricdə, o cümlədən Özbəkistanda təhsil almağa böyük maraq göstərirlər. Biz aparıcı tibb universiteti olaraq Azərbaycandan olan abituriyentlərə universitetimizdə yüksək səviyyəli tibbi təhsil təklif edə bilərik. “Ingla International” təşkilatı haqqında danışsaq, bu tədbiri təşkil etdikləri və bizə burada iştirak imkanı yaratdıqları üçün onlara çox minnətdarıq".
Müsahibimizin sözlərinə görə, "Ingla İnternational ETC" yalnız təhsil sahəsində yüksək nailiyyətlər nümayiş etdirmir: "Bunu tədbirdə Özbəkistan Ali Təhsil Nazirliyinin nümayəndələrinin, Özbəkistan Respublikasının səfirliyinin, həmçinin Azərbaycan və Özbəkistan səfirliklərinin nümayəndələrinin və digər təşkilatların iştirakı da təsdiqlədi".
Gülər Mustafayeva
18:30 25.05.2026
Oxunuş sayı: 59