Buxarestdə Azərbaycanın mədəniyyət nümunələri nümayiş etdirilib
Azərbaycanın Rumıniyadakı səfirliyinin dəstəyi ilə təşkil olunan və Buxarestdəki Amerika Məktəbinin ev sahibliyi etdiyi tədbirdə Azərbaycanın mədəniyyət nümunələri nümayiş etdirilib.
Crossmedia.az xəbər verir ki, xəbər verir ki, bu barədə Azərbaycanın Rumıniyadakı səfirliyi "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Ziyarətçilər Azərbaycanın zəngin ənənəvi mətbəxini, məşhur çay mədəniyyətimizi və milli masa oyunlarını nümayiş etdirən interaktiv stendlə tanış olmuşlar", - paylaşımda qeyd olunub.
19:16 24.05.2026
Oxunuş sayı: 79