Özbəkistan universitetlərinə qardaş Azərbaycanın gənclərində olan müsbət münasibəti gördükdə biz qürurlandıq
Özbəkistan universitetlərinə qardaş Azərbaycanın gənclərində olan müsbət münasibəti gördükdə isə biz qürur duyduq.
Bu fikirləri Ingla International ETC-nin təşkilatçılığı ilə keçirilən Özbəkistan Ali Təhsil Müəssələrinin Üçüncü sərgisinin iştirakçıları üçün təşkil olunan gəzninti zamanı Crossmedia.az-a açıqlamasında Termiz Mühəndislik və Aqrotexnologiya Universitetinin Beynəlxalq Əlaqələr Şöbəsinin əməkdaşı Nacmiddin Asliddinov bildirib.
O, qardaş xalqımızın ölkəsi olan Azərbaycan Respublikasında İngla İnternational ETC-nin təşkilatçılığı ilə keçilən Özbəkistan Ali Təhsil Müəssələrinin Üçüncü sərgisində əməkdaşlıq və qarşılıqlı inkişaf məqsədilə təşkil olunan səfərdə iştirak etdiklərini və tədbir zamanı təhsil sahəsinin inkişafına deyil, eyni zamanda xalqlar arasında qarşılıqlı etimadın, dostluq münasibətlərinin və yaxın əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfə verdiyini qeyd edib:
"Tədbir olduqca maraqlı keçdi. Özbəkistan universitetlərinə qardaş Azərbaycanın gənclərində olan müsbət münasibəti gördükdə isə biz qürur duyduq. Unutmaq olmaz ki, hər iki dövlət arasında dayanıqlı və uzunmüddətli əlaqələr mövcuddur. Yaradılan şəraitə görə İngla İnternational ETC rəhbərliyinə minnətdarıq.
Ümumən Azərbaycanda olduğumuz müddətdə isə ölkənin tarixi məkanları, zəngin mədəniyyəti, milli dəyərləri və müasir inkişafı bizdə olduqca xoş təəssüratlar yaratdı. Xüsusilə Azərbaycanın qədim tarixi, şəhərləri və əsrlərdən bəri qorunub saxlanılan milli ənənələri diqqətimizi cəlb etdi.
Tarix boyu bir-birinə yaxın olmuş Azərbaycan və Özbəkistan xalqları ortaq köklərə, ortaq mədəniyyətə və qardaşlıq münasibətlərinə malikdir. Bu bağlılıq bu gün də davam edir və dövlətlərimiz arasında münasibətlərin daha da inkişaf etməsində mühüm rol oynayır.
Azərbaycanın tarixi abidələri, qədim şəhərləri və zəngin keçmişi bizdə böyük maraq və heyranlıq doğurdu. İnanırıq ki, bu cür qarşılıqlı səfərlər və əməkdaşlıq layihələri gələcəkdə də iki qardaş xalq arasında münasibətlərin daha da güclənməsinə xidmət edəcək".
Elmir Heydərli
18:45 24.05.2026
Oxunuş sayı: 102