Əbu Reyhan Biruni Universiteti beynəlxalq təhsil imkanlarını genişləndirir – İslam Kadirov
Bakıda keçirilən Özbəkistan universitetlərinin təhsil sərgisində təqdim olunan çıxışlar regionda ali təhsil imkanlarının genişlənməsi və beynəlxalq əməkdaşlığın inkişafı baxımından diqqət çəkib.
Həmin sərgidə iştirak edən universitetlərdən olan Əbu Reyhan Biruni Universitetinin rektoru İslam Kadirov Crossmedia.az - a açıqlamasında universitetin beynəlxalq təhsil imkanlarının genişləndirilməsinə xüsusi önəm verdiyini bildirib : " Əbu Reyhan Biruni Universiteti 2024-cü ildə təsis edilib və burada beş istiqamət mövcuddur: hüquqşünaslıq, iqtisadiyyat, psixologiya, tarix, bitki mühafizəsi və karantin sahələri. Universitet bu istiqamətlər üzrə tələbələrə təhsil verir.
Universitetimizdə təhsil almaq istəyən tələbələr üçün çox yaxşı şərait yaradılıb və yataqxanalarımız da var. Özbəkistanın üç şəhərində — Daşkənd, Səmərqənd və Qaşqadərya bölgəsində yerləşən filial və tədris binaları fəaliyyət göstərir.
Təhsil almaqda maraqlı olan hər kəsi universitetimizə dəvət edirik".
O, sonda Azərbaycan xalqına böyük hörmət bəslədiklərini vurğulayaraq, sərginin təşkilatçılarına dərin minnətdarlığını ifadə edib.
Pərvin Hacıyeva
15:50 24.05.2026
Oxunuş sayı: 137