Tramp “Azadlıq Layihəsi” ilə bağlı yeni variantdan danışdı
ABŞ prezidenti Donald Tramp Hörmüz boğazı ilə bağlı “Azadlıq Layihəsi” ətrafında yeni açıqlama verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Dünən gecə jurnalistlərə danışan Tramp bildirib ki, razılaşma imzalanmasa, ABŞ başqa variantlara keçə bilər.
“Əgər hər şey imzalanmasa, başqa yolla gedəcəyik… Əgər bu baş verməsə, Azadlıq Layihəsinə qayıda bilərik, amma bu, «Azadlıq Plus» olacaq — yəni Azadlıq Layihəsi və başqa bir şey”, – deyə Tramp bildirib.
17:40 09.05.2026
Oxunuş sayı: 60