ŞOK RAZILAŞMA: Moskva və Kiyev atəşkəsə getdi
Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov bildirib ki, Moskva ilə Vaşinqton arasında diplomatik təmaslar son günlər xüsusilə intensiv xarakter alıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Buna səbəb kimi Ukraynanın təhdidləri və Rusiyanın bu addımların həyata keçiriləcəyi halda cavab veriləcəyi barədə xəbərdarlıqları göstərilir.
Məlumata görə, tərəflər arasında aparılan danışıqlar nəticəsində atəşkəs barədə razılaşma əldə olunub.
Rusiya Kiyevin təhdidlərinin mümkün nəticələrini açıq şəkildə bəyan etdiyini, bir sıra xarici paytaxtların isə bu mövqeyə anlayışla yanaşdığını bildirib.
Hadisələrin gedişi fonunda diplomatik kanalların aktivləşdiyi və gərginliyin nəzarət altına alınmasına çalışıldığı qeyd olunur.
16:22 09.05.2026
Oxunuş sayı: 45