İsrail Livanın cənubuna hava və dron zərbələri endirib
İsrail ordusu Livanın cənubunda bir neçə bölgəyə hava və pilotsuz uçuş aparatları ilə zərbələr endirib.
Crossmedia.az xəbər verir ki, "Əl-Cəzirə" telekanalının məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri Nəbatieh şəhərinin ətrafı, eləcə də Ərhun və Kafr Tibnit yaşayış məntəqələrini hədəfə alıb.
Bildirilib ki, Əl-Cəzirənin yaydığı məlumata əsasən, İsrailə məxsus pilotsuz uçuş aparatları Əl-Mansuri, Burc Rahhal və Nəbatieh əl-Favqa bölgələrində də əməliyyatlar həyata keçirib.
Məlumata görə, hücumların detalları və nəticələri barədə tərəflərdən əlavə rəsmi açıqlama verilməyib.
15:00 09.05.2026
Oxunuş sayı: 45