Putindən yeni dünya düzəni ilə bağlı bəyanat
Rusiya Prezidenti Vladimir Putin yaranmaqda olan çoxqütblü dünya nizamının BMT Nizamnaməsinin prinsiplərinə əsaslanmalı olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Vladimir Putin çıxışında qeyd edib ki, yeni beynəlxalq sistem formalaşarkən BMT Nizamnaməsinin normalarına əməl olunmalı və xalqların öz müqəddəratını təyin etmək hüququ nəzərə alınmalıdır.
O vurğulayıb ki, qlobal dəyişikliklər dövründə dövlətlər arasında münasibətlər beynəlxalq hüquqa əsaslanmalıdır və xalqların seçim azadlığı qorunmalıdır.
14:36 09.05.2026
Oxunuş sayı: 53