Netanyahudan ABŞ-yə mesaj: İranla razılaşma kifayət deyil
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ administrasiyasına bildirib ki, İranın nüvə proqramına son qoyulması ilə bağlı əldə edilən mümkün razılaşma kifayət etmir.
Crossmedia.az xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb.
Mənbələrin iddiasına görə, İsrail tərəfi İranla gərginliyin daha da artırılması üçün müxtəlif variantları nəzərdən keçirir. Bu variantlar arasında enerji obyektlərinə zərbələrin endirilməsi ehtimalı da yer alır.
Həmçinin bildirilir ki, İsrail rəsmiləri danışıqların uzadılmasının qəbulolunmaz olduğunu düşünür və prosesi sürətləndirməyə çağırır.
14:20 09.05.2026
Oxunuş sayı: 46