Putin: Qələbə Rusiya üçün bölünməz tarixdir
Rusiya Prezidenti Vladimir Putin Qələbə Günü ilə bağlı çıxışında ölkəsinin tarixi Qələbəni bölüşmədiyini və onu təkbaşına qoruyub saxladığını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Vladimir Putin çıxışında “Rusiya heç vaxt Qələbəni özünün və başqaları ilə bölməyib” deyərək Sovet İttifaqının İkinci Dünya Müharibəsindəki rolunu xüsusi vurğulayıb.
O qeyd edib ki, ölkə hərbi ittifaqın xatirəsini ehtiramla yad edir və Qələbə Gününün Rusiya üçün mühüm tarixi və mənəvi əhəmiyyət daşıdığını bildirib.
Putinin çıxışı Qələbə Günü tədbirləri çərçivəsində Moskvanın Qırmızı Meydanında keçirilən parad zamanı səsləndirilib.
14:04 09.05.2026
Oxunuş sayı: 44