Ermənistan rəsmisi sərhəd prosesi ilə bağlı yeni açıqlama verib
Ermənistanın Baş nazir müavini Mher Qriqoryan sərhədlərin demarkasiyası prosesi və gələcək mərhələlərlə bağlı açıqlama verib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Mher Qriqoryan jurnalistlərin suallarını cavablandıraraq komissiyalar arasında aparılan işlərin davam etdiyini bildirib.
O qeyd edib ki, tərəflər gələcək işlərin əsasını təşkil edən sənəd layihəsi üzrə razılığa gəliblər. Qriqoryanın sözlərinə görə, bu sənədlər daha çox prosedur xarakteri daşıyır və hər iki ölkədə daxili təsdiq mərhələsindən keçməlidir.
Baş nazir müavini bildirib ki, demarkasiya prosesi ilə bağlı əlavə məlumatlar ictimaiyyətə açıq formada təqdim olunub və hazırda yeni açıqlama verilməsi üçün əlavə əsas yoxdur.
O həmçinin “Trampın marşrutu” (TRIPP) layihəsinə toxunaraq bildirib ki, zərurət yaranacağı halda həmin keçidlərin ayrıca demarkasiyası aparılacaq və bu prosesin uzun çəkməyəcəyi gözlənilir.
13:48 09.05.2026
Oxunuş sayı: 45