Putin Qələbə Günü paradında sərt mesajlar verib
Rusiya Prezidenti Vladimir Putin Qələbə Günü paradında geniş çıxış edərək bir sıra bəyanatlar səsləndirib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Vladimir Putin çıxışında Rusiya xalqının və sovet ordusunun İkinci Dünya Müharibəsində həlledici rol oynadığını bildirib.
Putin qeyd edib ki, nasizmin məğlub edilməsində sovet xalqı əsas rol oynayıb və o dövrdə faşist Almaniyasına qarşı mübarizə nəticəsində bir çox ölkələrdə suverenliyin bərpa olunduğunu vurğulayıb.
Rusiya prezidenti bildirib ki, nasistlər sovet xalqlarına qarşı soyqırımı planlaşdırsa da, “rus xarakteri və sovet xalqının ruhunun gücü” bu planların həyata keçməsinə imkan verməyib.
O, həmçinin hazırkı “xüsusi hərbi əməliyyat” iştirakçılarının keçmiş nəsillərin şücaətindən ilham aldığını qeyd edib və onların NATO tərəfindən dəstəklənən qüvvələrlə qarşı-qarşıya olduğunu bildirib.
Putin çıxışında Rusiyanın hərbi və texnoloji inkişafından da danışaraq, yeni silah sistemlərinin hazırlanması və istehsalının davam etdiyini deyib.
Onun sözlərinə görə, Rusiyanın əsas gücü “mənəvi və milli birlik, cəsarət və çətinliklərə dözümlülükdür”.
13:00 09.05.2026
Oxunuş sayı: 49