Tramp İran müharibəsindən yorulub
ABŞ Prezidenti Donald Tramp İranla bağlı münaqişənin uzanmasından məyus olub və vəziyyətdən yorulduğu bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Atlantic" nəşri məlumat yayıb.
Nəşrin iddiasına görə, Tramp münaqişənin gözləniləndən daha uzun çəkdiyini və tərəflər arasında aydın qələbə perspektivinin görünmədiyini düşünür.
Məlumata əsasən, ABŞ prezidenti daha çox daxili siyasətə, Çinlə ticarət danışıqlarına və digər prioritet istiqamətlərə fokuslanmaq istəyir. Lakin İranın danışıqlara müqavimət göstərməsi və gərginliyin davam etməsi prosesin uzanmasına səbəb olur.
12:06 09.05.2026
Oxunuş sayı: 50