Tramp: “Azadlıq layihəsi” yenidən gündəmdədir
ABŞ Prezidenti Donald Tramp İranla danışıqlarda irəliləyiş əldə olunmadığı halda Hörmüz boğazında yeni müşayiət missiyasının bərpa oluna biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Tramp jurnalistlərə açıqlamasında “Azadlıq layihəsi” adlanan təşəbbüsün yenidən gündəmə gələ biləcəyini deyib.
O qeyd edib ki, nəticə əldə olunmazsa, layihə “Project Freedom Plus” adı altında daha geniş formatda həyata keçirilə bilər.
ABŞ liderinin sözlərinə görə, bu addım Hörmüz boğazında təhlükəsizlik və dəniz nəqliyyatının qorunmasına yönələcək.
11:07 09.05.2026
Oxunuş sayı: 52