Ukrayna hava hücumundan müdafiə qüvvələri 34 PUA-nı vurub
Mayın 9-na keçən gecə Rusiya Ukraynaya raket və pilotsuz uçuş aparatları ilə hücum edib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Ukrayna Silahlı Qüvvələrinin məlumatına əsasən, hücum zamanı “İsgəndər-M” tipli raket və ümumilikdə 43 pilotsuz uçuş aparatı istifadə olunub.
Bildirilib ki, Ukrayna hava hücumundan müdafiə qüvvələri 34 pilotsuz uçuş aparatını vuraraq və ya məhv edərək zərərsizləşdirib.
Məlumata görə, hücum nəticəsində altı yerdə raket və doqquz PUA hədəfə dəyib, daha iki ərazidə isə dağıntılar qeydə alınıb.

10:50 09.05.2026
Oxunuş sayı: 53