Peskovdan Zelenskiyə cavab: Bizə heç kimin icazəsi lazım deyil
Kreml Ukrayna Prezidenti Volodimir Zelenskinin Moskvada keçiriləcək paradla bağlı “icazə verən” fərmanını şərh edib.
Crossmedia.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məsələ ilə bağlı açıqlama verib.
Peskov bildirib ki, Qələbə bayramını ələ salmağa çalışan hər kəs nəticələrinə görə məsuliyyət daşıyacaq: “Bu, onların problemidir. Bizə heç kimin icazəsi lazım deyil”, – deyə o qeyd edib.
Kreml rəsmisinin sözlərinə görə, Rusiya Qələbə Günü tədbirlərini müstəqil şəkildə təşkil edir və bu məsələdə xarici tərəflərin mövqeyi əhəmiyyət daşımır.
10:29 09.05.2026
Oxunuş sayı: 46