Cey Di Vens və Qətər Baş naziri İran mövzusunda görüşəcək
ABŞ-ın vitse-prezidenti Cey Di Vens Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə görüşəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı “Axios” nəşri yayıb.
Görüşün əsas mövzusu İranla aparılan danışıqlar prosesi olacaq.
Məlumata əsasən, ABŞ vitse-prezidenti Cey Di Vens və Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani arasında keçiriləcək müzakirələr Tehranla gərginliyin azaldılması və mümkün razılaşma yollarına həsr olunacaq.
Nəşr ABŞ rəsmisinə istinadla bildirir ki, Qətər İranla ABŞ arasında aparılan danışıqlarda mühüm vasitəçi rolunu oynayır və münaqişənin diplomatik yolla həlli üçün əsas platformalardan biri kimi çıxış edir.
10:14 09.05.2026
Oxunuş sayı: 48