Moskvadakı parada görə Zelenskidən qeyri-adi addım
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə istehzalı mesaj ünvanlayaraq Moskvada keçiriləcək hərbi paradla bağlı fərman imzalayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Sənəddə Ukraynanın 9 may 2026-cı ildə Moskvada “parad keçirilməsinə icazə verdiyi” bildirilir.
Fərmanda həmçinin qeyd olunub ki, Qırmızı Meydan parad zamanı Ukrayna silahlı qüvvələrinin mümkün hədəfləri siyahısından çıxarılıb.
Ukrayna mediası və sosial şəbəkələrdə bu addım Zelenskinin Putinə yönəlmiş simvolik və istehzalı mesajı kimi qiymətləndirilib.

09:24 09.05.2026
Oxunuş sayı: 45