Ukrayna yeni “Trizub” lazer silahını sınaqdan keçirdi
Ukraynanın “Trizub” lazer kompleksi silahlı qüvvələrin mobil antidron sisteminə inteqrasiya edilib və son sınaq mərhələsindən uğurla keçib.
Crossmedia.az xəbər verir ki, “Celebra Tech” şirkətinin məlumatına görə, yeni sistem kəşfiyyat PUA-larını 1500 metr, FPV tipli dronları isə 800–900 metr məsafədə məhv edə bilir.
Modernləşdirmə çərçivəsində “Trizub”a süni intellekt əsaslı avtomatik hədəf aşkarlama və izləmə sistemi əlavə olunub. Eyni zamanda, hədəflərin trayektoriyasını dəqiq müəyyən etmək üçün radar sistemləri ilə inteqrasiya həyata keçirilib.
Şirkət gələcək mərhələdə kompleksin “Geran” tipli dronları 5 kilometr məsafədən zərərsizləşdirmə qabiliyyətinə çatdırılmasını planlaşdırır. İstehsalçı “Trizub”un özəl hava hücumundan müdafiə sistemlərinə də inteqrasiya oluna biləcəyini bildirir.
Qeyd edək ki, dronlara qarşı lazer sistemləri sahəsində Çin istehsalı texnologiyalardan Rusiya Silahlı Qüvvələrinin də istifadə etdiyi bildirilir.
00:30 09.05.2026
Oxunuş sayı: 29