ABŞ İranla 20 milyard dollarlıq müqavilə bağlamağı düşünür
ABŞ İranın uran ehtiyatlarından imtina etməsi müqabilində 20 milyard dollarlıq müqavilə bağlamağı düşünür.
Crossmedia.az bu barədə "Axios"-a istinadən xəbər verir.
İki tərəf müharibəyə son qoymaq üçün üç səhifəlik planı müzakirə edir. Müddəalardan biri Tehranın zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməsi müqabilində dondurulmuş İran vəsaitlərinin 20 milyard dollarlıq hissəsinin azad edilməsidir.
18:26 17.04.2026
Oxunuş sayı: 61