Böyük müharibə riski: İran və İsrail arasında zərbələr ARTDI
ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyat regionda ciddi geosiyasi dəyişikliklərə səbəb olub.
Crossmedia.az TASS-a istinadən xəbər verir ki, tərəflər arasında 2026-cı il fevralın 28-də başlayan əməliyyatlar nəticəsində İranın bir sıra şəhərləri, o cümlədən paytaxtı Tehran hədəfə alınıb. Rəsmi Vaşinqton hücumları İranın raket və nüvə proqramı ilə bağlı təhlükələrlə izah edib.
Məlumata görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) cavab olaraq İsrail ərazilərinə və Yaxın Şərqdəki ABŞ hərbi bazalarına zərbələr endirib. Eyni zamanda, İran ABŞ və İsraili dəstəkləyən ölkələrə qarşı da hücumlar həyata keçirib.
Bildirilib ki, qarşıdurma fonunda İran Hörmüz boğazını ABŞ və İsrailə aid gəmilər üçün bağlayıb, bu isə qlobal enerji bazarlarında ciddi pozuntulara səbəb olub.
Tərəflər arasında İstanbulda aparılan danışıqlarda isə hələlik uzunmüddətli razılaşma əldə olunmayıb. Rəsmi məlumatlara əsasən, yaxın günlərdə yeni danışıqlar raundunun keçirilməsi ehtimal olunur.
Ekspertlər hesab edirlər ki, mövcud vəziyyət regionda uzunmüddətli qarşıdurmanın davam etmə ehtimalını artırır və diplomatik həll hələlik tam təmin olunmayıb.
17:40 17.04.2026
Oxunuş sayı: 52