Pezeşkian: İran regionda sülh və qardaşlıq münasibətləri istəyir
İran prezidenti Məsud Pezeşkian Pakistan Silahlı Qüvvələrinin komandanı Asim Munirlə görüş keçirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Görüş zamanı Pezeşkian Tehranın regionda davamlı sülh, sabitlik və qardaşlıq münasibətləri qurmaq niyyətində olduğunu bildirib. O, həmçinin Pakistanın vasitəçilik səylərini və atəşkəsin əldə olunmasındakı rolunu yüksək qiymətləndirib.
İran prezidenti ABŞ və İsraili İrana qarşı qanunsuz təcavüzdə ittiham edərək, münaqişə nəticəsində mülki obyektlərin, o cümlədən məktəb və xəstəxanaların zərər gördüyünü və çoxsaylı itkilərin yaşandığını qeyd edib.
Pezeşkian ABŞ-nin bu münaqişədə uğur qazanmayacağını, İsrailin isə regionda öz maraqlarını həyata keçirməyə çalışdığını bildirib.
Pakistan ordusunun komandanı Asim Munir isə görüşdən məmnunluğunu ifadə edib, İran rəhbərliyinə başsağlığı verib və regiondakı vəziyyətin müharibə bitdikdən sonra belə əvvəlki kimi olmayacağını vurğulayıb.
17:04 17.04.2026
Oxunuş sayı: 51