Dünya "nəfəsini tutur": Zelenskinin Putinlə mümkün görüşünün detalları açıqlanıb
Ukrayna xarici işlər naziri Andriy Sibiha bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə ərazisində Rusiya Prezidenti Vladimir Putin ilə görüşə hazırdır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazirin sözlərinə görə, bu görüş liderlər səviyyəsində təşkil oluna bilər və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə yanaşı, ehtimal olaraq ABŞ prezidenti Donald Tramp da iştirak edə bilər.
Açıqlama Antalya Diplomatik Forumu zamanı səsləndirilib. Sibiha vurğulayıb ki, Türkiyə sülh səylərində mühüm rol oynayır.
16:07 17.04.2026
Oxunuş sayı: 62