Orban Ukraynanın maliyyələşdirilməsini bloklayacağını açıqlayıb
Macarıstanın Baş naziri Viktor Orban Ukraynaya ayrılacaq maliyyə vəsaitlərinin bloklanacağını bəyan edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Orban Brüsseldə keçirilən müzakirələrin çətin keçməsinə baxmayaraq Macarıstanın öz mövqeyini müdafiə etməyi bacardığını bildirib. Onun sözlərinə görə, ölkəsi Ukraynaya hərbi kreditin verilməsinə “yox” demək hüququna malikdir.
Baş nazir əlavə edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski neftlə bağlı məhdudiyyətləri aradan qaldırmayana qədər Brüsseldən heç bir maliyyə vəsaiti ayrılmamalıdır:
“Biz Ukrayna hərbi kreditinə "yox" demək hüququna malikik. Zelenski neft blokadasını aradan qaldırmayana qədər onlar Brüsseldən heç bir pul almayacaqlar. Neft yoxdursa, pul da yoxdur”.
Qeyd edək ki, bu açıqlama Avropa İttifaqı daxilində Ukraynaya maliyyə dəstəyi ilə bağlı müzakirələrin davam etdiyi bir vaxtda səsləndirilib.
19:40 20.03.2026
Oxunuş sayı: 1941