Hörmüzdə iki gəmiyə hücum edildi
Hörmüz boğazında iki gəmi naməlum mərmilərlə hücuma məruz qalıb, gəmilərdən birində yanğın baş verib.
Crossmedia.az xəbər verir ki, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Xidməti (UKMTO) bu barədə məlumat yayıb.
Hadisə cümə axşamı Oman sahilləri yaxınlığında baş verib. Gəmilərdən birinin kapitanı təxminən 7 kilometr qərbdə, Oman şəhəri Xasab yaxınlığında dörd naməlum mərminin iki gəmiyə zərbə endirdiyini bildirib.
Hücuma məruz qalan gəmilərdən birində yanğın başlayıb. Digər gəminin vəziyyəti isə hələlik məlum deyil.
Hadisə ilə bağlı araşdırma aparılır. Hücuma görə məsuliyyəti hələlik heç bir tərəf üzərinə götürməyib.
11:36 11.09.2026
Oxunuş sayı: 53