Milli Məclisdə təhsillə bağlı ictimai dinləmələr keçiriləcək
Milli Məclisin Elm və təhsil komitəsinin 2026-cı il payız sessiyası üçün iş planı hazırlanıb.
Crossmedia.az-ın məlumatına görə, sessiya müddətində Azərbaycanda təhsillə bağlı ictimai dinləmələrin keçirilməsi nəzərdə tutulur.
Komitənin iclaslarına aidiyyəti dövlət qurumlarının, ictimai birliklərin və təhsil müəssisələrinin nümayəndələri dəvət ediləcək.
İş planında respublikanın ali təhsil müəssisələrində elmi konfransların təşkili və keçirilməsi də yer alıb.
Bundan başqa, komitəyə daxil olan qanun layihələrinin müzakirəsi, müvafiq qərarların qəbulu, qanunlara dəyişiklikləri nəzərdə tutan layihələrə baxılması planlaşdırılır.
Sənədə əsasən, dövlət qurumları və vətəndaşlardan daxil olan təkliflər təhlil edilərək ümumiləşdiriləcək, vətəndaş müraciətlərinə baxılacaq və qəbullar keçiriləcək.
Həmçinin Prezident, Milli Məclisin deputatları, Ali Məhkəmə, Baş Prokurorluq, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi və seçki hüququ olan 40 min vətəndaşın qanunvericilik təşəbbüsü ilə təqdim etdiyi layihələr komitədə müzakirə oluna bilər.
12:10 11.09.2026
Oxunuş sayı: 60