Zelenski: Ukrayna üzrə sülh danışıqları bərpa olunur
Ukrayna üzrə sülh danışıqlarının yenidən başlayacağı açıqlanıb. Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna nümayəndə heyəti danışıqlar üçün ABŞ-yə yola düşüb və görüşlərin şənbə günü keçirilməsi gözlənilir.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Zelenski qeyd edib ki, danışıqlarda yaranmış fasilə artıq başa çatmalıdır və tərəflər prosesin daha məzmunlu şəkildə davam etdirilməsi üçün çalışırlar:
“Danışıqlarda fasilə olmuşdu, artıq onu başa çatdırmağın vaxtıdır. Biz çalışırıq ki, danışıqlar həqiqətən məzmunlu olsun. Ukrayna komandası – danışıqlar qrupunun siyasi hissəsi – artıq yoldadır və bu şənbə ABŞ-də görüşləri gözləyirik”.
Qeyd edək ki, görüşlərin detalları və gündəliyi barədə əlavə məlumat hələlik açıqlanmayıb.
19:10 20.03.2026
Oxunuş sayı: 165