The Economist: ABŞ İrana qarşı əməliyyatdan sonra sursat ehtiyatlarını illərlə bərpa edəcək
ABŞ İrana qarşı müharibədən sonra istifadə etdiyi sursat ehtiyatlarını bərpa etmək üçün uzun illər sərf edə bilər.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, barədə The Economist nəşri məlumat yayıb. Bildirilir ki, əməliyyatın intensivliyi müasir hərbi tarixdə ən yüksək səviyyələrdən biri kimi qiymətləndirilir.
Nəşrin məlumatına görə, ABŞ döyüş əməliyyatlarının ilk dörd günü ərzində 5 mindən çox sursat istifadə edib. Ümumilikdə isə 16 gün ərzində sərf olunan sursatın həcmi təxminən 11 minə çatıb.
Qeyd olunur ki, bu göstəricilər əməliyyatın miqyasını və intensivliyini açıq şəkildə nümayiş etdirir və ABŞ üçün hərbi ehtiyatların bərpasını uzunmüddətli prosesə çevirə bilər.
18:55 20.03.2026
Oxunuş sayı: 44