Avropa İttifaqı Ermənistana 140 milyon avro ayıracaq
Avropa İttifaqı Ermənistanda islahatların təşviqi məqsədilə 140 milyon avro maliyyə dəstəyi ayıracaq.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, vəsait vizaların liberallaşdırılması prosesi çərçivəsində həyata keçirilən islahatlara yönəldiləcək.
Qeyd edək ki, sözügedən maliyyə dəstəyi Ermənistanın Avropa İttifaqı ilə əməkdaşlığının genişləndirilməsi və ölkədə institusional dəyişikliklərin sürətləndirilməsi baxımından əhəmiyyətli hesab olunur.
18:25 20.03.2026
Oxunuş sayı: 51