Qətərin Baş naziri: Regionda etimad bərpa olunmalıdır
Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Əl Tani regionda sabitliyin təmin olunması üçün qarşılıqlı etimadın bərpasının vacibliyini vurğulayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, o bildirib ki, son hadisələr nəticəsində etimadın ciddi şəkildə zərər gördüyünü və bu vəziyyətin aradan qaldırılmasının əsas prioritetlərdən biri olduğunu bildirib.
Baş nazir qeyd edib ki, region ölkələri ortaq coğrafiya və tarixə malikdirlər və bu faktorlar əməkdaşlıq üçün əsas zəmin yaradır:
“Biz unutmamalıyıq ki, sonda ortaq coğrafiyanı bölüşürük. İran xalqı ilə də ortaq tariximiz var və biz iranlılarla qətərlilər arasında, ümumilikdə isə region xalqları arasında belə gərgin münasibətlərin olmasını istəmirik”.
18:10 20.03.2026
Oxunuş sayı: 718