İran Hörmüz boğazında gəmilərin keçidinə icazə verib
İran bir neçə gəminin Hörmüz boğazı vasitəsilə keçidi üçün öz ərazi sularından istifadə etməsinə icazə verib.
Crossmedia.az bu barədə "Financial Times" nəşrinə istinadən xəbər verir.
Məlumata görə, gəmiçilik sahəsi nümayəndələri bu addımı Tehranın strateji əhəmiyyətli su yolu üzərində nəzarətini nümayiş etdirmək cəhdi kimi qiymətləndirir.
MarineTraffic platformasından əldə edilən transponder siqnallarının təhlili göstərir ki, bu həftə azı səkkiz gəmi boğazdan keçərək Larak adası ətrafında qeyri-adi marşrut üzrə hərəkət edib.
Bildirilir ki, bu qrupa Hindistan, Pakistan və Yunanıstan mənşəli neft tankerləri və yük gəmiləri, eləcə də İranın öz neft donanması daxildir. Gəmilərin əksəriyyəti əvvəllər İran limanlarına yan alıb.
14:08 20.03.2026
Oxunuş sayı: 7305