Pezeşkianın oğlu hökumət dəyişikliyinə çağırışları rədd edir
İran prezidenti Məsud Pezeşkianin oğlu Yusif Pezeşkian ölkənin siyasi kursunda dəyişiklik çağırışları ilə bağlı xəbərləri rədd etdi.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
"Bəzən təslim olmağa və hakimiyyəti xalqa qaytarmağa çağıran mesajlar alıram. Əgər bu mesajları İsrail agentlərindən və muzdlularından gəlmirsə, deməli, bunlar cəhalətin və yanlış təsəvvürlərin nəticəsidir", - deyə o qeyd edib.
Onun sözlərinə görə, müharibə dövründə aparılan son sosioloji sorğular xarici təzyiqlə mübarizədə sərt xəttə ictimai dəstəyi nümayiş etdirir.
"Əksər insanlar ABŞ təzyiqinə müqavimət göstərməli və təslim olmamalı olduğumuza inanırlar. İnsanlar hökumətdən təslim olmaq yox, dözümlülük və inadkarlıq istəyirlər", - deyə o əlavə edib.
11:47 20.03.2026
Oxunuş sayı: 45