SEPAH mövqelərinə hava zərbələri endirildi
Bu gün səhər saatlarında Kaşan şəhəri və onun ətrafında yerləşən SEPAH mövqelərinin hava hücumlarına məruz qaldığı bildirilir.
Crossmedia.az xəbər verir ki, saat 05:40 radələrində əraziyə ardıcıl olaraq dörd zərbə endirilib. Hücumların İsrail və ABŞ tərəfindən həyata keçirildiyi açıqlanıb.
Hadisə ilə bağlı hədəflərin dəqiq miqyası və mümkün dağıntılar barədə hələlik rəsmi təsdiqlənmiş məlumat verilməyib. İnsan itkiləri ilə bağlı da açıqlama yoxdur.
10:38 20.03.2026
Oxunuş sayı: 44