Hakan Fidan: Müharibənin əsas günahkarı İsraildir
Regionumuzu görünməmiş bir böhrana salan bu müharibənin əsas günahkarı İsraildir.
Crossmedia.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
Fidan deyib ki, bu müharibə regionu görünməmiş bir böhrana sürükləyib və İsrailin hərəkətləri vəziyyətin daha da gərginləşməsinə səbəb olur.
Nazir vurğulayıb ki, regional coğrafiyalara qarşı yönəlmiş istənilən addım qəbuledilməzdir və İsrailin öz siyasətini bu münaqişə fonunda haqlı çıxarmaq cəhdlərinə yol verilməməlidir.
O həmçinin qeyd edib ki, İsrail Qəzzada olduğu kimi, Livanda da işğal və dağıdıcılıq siyasətini həyata keçirməyə başlayıb.
21:49 19.03.2026
Oxunuş sayı: 43