Acarıstanda kriminal şəbəkəyə zərbə
Acarıstanda keçirilən xüsusi əməliyyat zamanı “oğru dünyası” ilə əlaqədə şübhəli bilinən 72 nəfər, o cümlədən üç qadın saxlanılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, daha 5 nəfərə qarşı ittiham irəli sürülüb – onların bir qismi artıq həbsdədir, digərləri isə xaricdədir.
Saxlanılan şəxslər “oğru dünyası”na üzvlükdə və iştirakda, cinayətkar fəaliyyəti dəstəkləməkdə, eləcə də kriminal “toplantılarda” iştirak etməkdə ittiham olunurlar.
Məlumata əsasən, onlar həmçinin cinayətkar münaqişələrin həllində və kriminal aləm daxilində qərarların qəbul edilməsində iştirak ediblər.
20:55 19.03.2026
Oxunuş sayı: 42