Trampın İrana qarşı səlahiyyətlərini məhdudlaşdıran qətnamə RƏDD EDİLDİ
ABŞ Senatı prezident Donald Trampın İrana qarşı hərbi əməliyyat səlahiyyətlərini məhdudlaşdırmağı hədəfləyən qətnaməni üçüncü dəfə rədd edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Ən son səsvermədə 47 senator qətnaməni dəstəkləsə də, 53 senator əleyhinə səs verib.
Qətnamədə prezidentdən ABŞ qoşunlarını Yaxın Şərqdən çıxarmaq tələb olunurdu, istisnalar yalnız rəsmi müharibə elan olunduqda və ya Konqresin razılığı ilə mümkün idi.
17:40 19.03.2026
Oxunuş sayı: 50