Qətər İranın iki diplomatını “persona non grata” elan etdi
Qətər hökuməti İranın iki diplomatik nümayəndəsini “persona non grata” elan edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bildirilib ki, İranın hərbi və təhlükəsizlik attaşeləri, eləcə də onların tabeliyində olan şəxslər “arzuolunmaz şəxs” statusu alıb və onlara 24 saat ərzində ölkəni tərk etmək tapşırılıb.
Rəsmi bəyanatda qeyd olunur ki, bu qərar İranın beynəlxalq hüquq və mehriban qonşuluq prinsiplərini pozması fonunda qəbul edilib.
Eyni zamanda, Qətər Müdafiə Nazirliyi Ras Laffan Sənaye Şəhəri ərazisinə endirilən zərbənin İrandan qaynaqlandığını təsdiqləyib. Qətər Daxili İşlər Nazirliyi isə hadisə yerində xilasedicilərin yanğının söndürülməsi istiqamətində fəaliyyət göstərdiyini açıqlayıb.
Qeyd edək ki, “persona non grata” latın mənşəli ifadə olub “arzuolunmaz şəxs” deməkdir. Diplomatik praktikada bu status verilən şəxs qəbul edən ölkədə qalmaq hüququnu itirir və qısa müddət ərzində ölkəni tərk etməlidir.
17:23 19.03.2026
Oxunuş sayı: 49