İranlı müşavir: Müharibədən istifadə etməliyik
İranın mərhum ali dini lideri Əli Xamneyinin müşaviri Məhəmməd Moxbər deyib ki, ölkə Hörmüz boğazındakı roluna yenidən baxmaq üçün müharibədən istifadə etməlidir.
Crossmedia.az xəbər verir ki, bu barədə "İran İnternational" məlumat yayıb.
Moxbər qeyd edib ki, hazırkı vəziyyət İranın bu strateji su yolunda rolunu yenidən müəyyən etmək üçün ən mühüm imkanlardan birini təqdim edir.
“İran tətbiq olunan müharibədən sonra Hörmüz boğazı üçün yeni rejim müəyyən etməklə, sanksiyalar altında olan ölkə olmaqdan regionda və dünyada güclü mövqeyə keçəcək”, - o bildirib.
O əlavə edib ki, Qərb dövlətləri əvvəllər İranı "məhdudlaşdırıb", lakin müharibənin nəticəsinin bu balansı dəyişə biləcəyini vurğulayıb.
15:10 19.03.2026
Oxunuş sayı: 44